top of page

Niyə ildə bir dəfə kombi ustası çağırmaq baxış etdirmək vacibdir?

  • Yazarın fotoğrafı: E Service
    E Service
  • 26 Ağu 2025
  • 2 dakikada okunur

Qış aylarında evin rahatlığını təmin edən ən vacib cihaz kombidir. Amma çox insan yalnız nasazlıq baş verdikdə kombi ustası axtarmağa başlayır. Halbuki, kombiyə ildə bir dəfə texniki baxış etdirmək həm təhlükəsizlik, həm qənaət, həm də cihazın uzunömürlü işləməsi üçün vacibdi

kombi ustasi

Kombi servisi zamanı təhlükəsizlik yoxlamaları

Kombidən qaz sızması, tüstü bacasında tıxanma və ya elektrik hissələrində nasazlıq ciddi təhlükə yarada bilər. Vaxtında aparılan kombi servisibu risklərin qarşısını alır. Peşəkar ustalar qaz sızmasını yoxlayır, baca təmizliyini qiymətləndirir və cihazın bütün elektrik bağlantılarını test edirlər. Bununla həm sizin, həm də ailənizin təhlükəsizliyi təmin olunur.

İllik texniki baxış və kombi təmizlənməsi faydaları

Davamlı istifadə nəticəsində kombinin içində toz, çöküntü və kirlər yığılır. Bu isə həm cihazın gücünü azaldır, həm də qaz sərfiyyatını artırır. İllik texniki baxış zamanı aparılan kombi təmizlənməsi cihazın məhsuldarlığını yüksəldir, isti su və istiliyin daha sürətli verilməsinə

kömək edir. Nəticədə həm rahatlıq artır, həm də aylıq ödənişlər azalır.

kombi ustasi

Enerji qənaəti üçün düzgün kombi ustası seçimi

Əgər kombi düzgün baxılmasa, eyni temperaturu təmin etmək üçün daha çox qaz sərf etməyə başlayır. Təcrübəli bir kombi ustası cihazı düzgün sazladıqda istilik daha bərabər paylanır və enerji itkisi minimuma enir. Bu da sizə qış aylarında qaz pulunda ciddi qənaət qazandırır.

Kombi servisi etməklə qaz sərfiyyatına qənaət etmək mümkündürmü?

Bəli! Rəsmi göstəricilərə əsasən, vaxtında aparılan kombi servisi nəticəsində qaz sərfiyyatında 15-20% qənaət əldə etmək mümkündür. Çünki təmizlənmiş və sazlanmış kombi daha səmərəli işləyir və əlavə güc sərf etmir.

Kombinizin ömrünü uzatmaq üçün profilaktik addımlar

Kombi bahalı bir cihazdır və hər kəs onu uzun müddət istifadə etmək istəyir. İllik texniki baxış və kombi ustası tərəfindən edilən profilaktika sayəsində cihazınızın ömrünü bir neçə il uzada bilərsiniz. Bu həm əlavə təmir xərclərinin qarşısını alır, həm də qışın ortasında kombinin sıradan çıxma riskini minimuma endirir.

2 Yorum


Khalilli
31 Ağu 2025

Faydalı məlumatdır, təşəkkürlər .

Beğen

orxan mursudov
orxan mursudov
26 Ağu 2025

Təşəkkürlər

Beğen
bottom of page