top of page
Kondisioner  (2).png

Kondisioner İşləmir? Bakıda Peşəkar Kondisioner Ustası və Texniki Həllər

  • Yazarın fotoğrafı: E Service
    E Service
  • 7 Nis
  • 2 dakikada okunur

Yay gələndə Bakının bürküsü hamını evə, kondisioner qarşısına qaçmağa məcbur edir. Lakin pultun düyməsinə basdıqda cihazın reaksiya verməməsi və ya otağı sərinlətmək əvəzinə tozlu, isti hava üfürməsi böyük bir problemdir. "Kondisioner niyə işləmir?" sualı bu an hər bir ev sahibinin ağlına gələn ilk sualdır. 10 illik təcrübəyə malik bir kondisioner ustası kimi deyə bilərəm ki, bu problemlərin 90%-i vaxtında edilməyən profilaktika və Bakının gərginlik dəyişmələri ilə bağlıdır.

kondisioner ustasi

Kondisionerin Sıradan Çıxmasının "Görünməyən" Səbəbləri

Bir çox müştəri elə bilir ki, kondisioner sadəcə "qazı bitdiyi üçün" işləmir. Amma reallıq daha dərindir. Budur, kondisionerinizin fəaliyyətini dayandıran əsas amillər:

1. Kompressorun "Yorulması" və Yanması

Kompressor kondisionerin mühərrikidir. Əgər cihazınız illərlə təmizlənməyibsə, mühərrik ikiqat güclə işləyir və sonda həddindən artıq qızaraq yanır. Kompressor təmiri və ya dəyişdirilməsi ən bahalı prosesdir. Peşəkar usta gəlib təzyiqi ölçməsə, siz mühərrikin nə vəziyyətdə olduğunu bilə bilməzsiniz.

2. Freon Sızması və "Gizli Düşmən"

Qaz (freon) öz-özünə bitmir. Əgər qaz azalıbsa, deməli sistemin borularında sızma var. Sadəcə qaz vurmaq müvəqqəti həlldir; peşəkar kondisioner ustasi baki ərazisində gəlib o sızmanı tapmalı və qaynaq etməlidir. Əks halda, vurduğunuz yeni qaz da 1 həftəyə uçub gedəcək.

3. Elektron İdarəetmə Lövhəsinin (Plata) Sıradan Çıxması

Bakıdakı elektrik gərginliyi tez-tez dəyişir. Bu dəyişiklik kondisionerin "beyni" sayılan elektron lövhəni yandırır. Cihaz pultu görmürsə və ya işıqları yanıb-sönürsə, deməli problem elektronikadadır.

4. Sensorların Xətası

Kondisionerlərdə daxili və xarici temperaturu ölçən sensorlar var. Bu sensorlar tozdan və ya nəmdən xarab olduqda, cihaz otağın artıq sərin olduğunu "zənn edir" və soyutmanı dayandırır.

kondisioner ustasi

Niyə Peşəkar Usta Çağırmalısınız?

Bir çoxları internetdən baxıb kondisioneri özü sökür və ya qonşudakı "həvəskar" usta ilə bu işi həll etməyə çalışır. Nəticə isə adətən daha baha başa gəlir:

  • Yanlış Qaz Vurulması: Hər kondisionerin öz qaz növü (R22, R410a, R32) və dəqiq qramajı var. Artıq və ya əskik qaz kompressoru partlada bilər.

  • Elektrik Təhlükəsizliyi: Yüksək gərginliklə işləyən cihazlarda təhlükəsizlik qaydalarına əməl olunmasa, həm cihaz, həm də eviniz risk altındadır.

  • Zəmanətsiz İş: Küçədən tapılan ustanın etdiyi işə sabah zəmanət tapa bilməyəcəksiniz.


Kondisioner qazı nə qədər vaxtdan bir dəyişməlidir?

Sistemdə sızma yoxdursa, qaz dəyişmir. Lakin illik profilaktika zamanı qazın təzyiqi mütləq yoxlanılmalı və ehtiyac varsa əlavə olunmalıdır.

 Kondisioneri niyə yuydurmalıyam? Sadəcə filtrini təmizləsəm yetərli deyilmi?

Xeyr, filtrlər sadəcə iri tozları tutur. Daxili blokun radiatorunda (evaporator) zamanla bakteriya, kif və göbələklər yaranır. Bu həm sağlamlığınız üçün təhlükəlidir (allergik reaksiyalar yaradır), həm də cihazın soyutma gücünü 30-40% azaldır. Daxili blokun 25 AZN-ə peşəkar yuyulması cihazın ömrünü uzadır.

 Xarici blokun (motorun) yuyulması nəyə lazımdır?

Bakı küləkli və tozlu şəhərdir. Xarici blokun radiatoru tozla dolduqda kompressor soyuya bilmir və həddindən artıq qızır. Bu, mühərrikin yanmasına səbəb ola bilər. 15 AZN ödəyərək xarici bloku yudurtmaq, sizi 300-400 AZN-lik kompressor dəyişimindən xilas edir.

Kondisionerimə nə qədər qaz lazımdır?

Hər kondisionerin üzərində (etiketdə) nə qədər qaz tutduğu qeyd olunur (məsələn, 800 qram və ya 1200 qram). Biz cihazı vakuum edib tam boşaldırıq və tərəzi ilə dəqiq nə qədər lazımdırsa, o qədər vururuq. Hər 100 qram qaz üçün cəmi 10 AZN ödəməklə cihazınızın soyutmasını zavod parametrlərinə qaytarırıq.

Bakının hər yerinə gəlirsiniz?

Bəli, peşəkar kondisioner ustasi baki komandamız operativ şəkildə Nərimanov, Yasamal, Xətai, Sabunçu, Binəqədi və digər bütün rayonlara, həmçinin Abşeron ərazisinə xidmət göstərir.

Cihaz işləyir, amma otağı soyutmur. Problem nə ola bilər?

Bu, adətən qazın azalması, daxili blokun çirkli olması və ya sensor xətası ilə bağlıdır. Ən dəqiq cavabı usta yerində diaqnostika etdikdən sonra deyə bilər.


 
 
 

Yorumlar


bottom of page