GİZLİ SU SIZMASININ ƏLAMƏTLƏRİ HANSILARDIR?
Aşağıdakı hallarla üzləşmisinizsə, mütləq cihazla yoxlanış lazımdır:

Divarlarda və tavanda nəm, kif və ya sararma yaranması.
Bu, borularda olan mikroskopik sızıntının ən aşkar göstəricisidir. Suyun divar və ya döşəmə daxilində toplanması zamanla boyanın qabarmasına, kafel-metlaxın aralanmasına və sağlamlıq üçün təhlükəli olan kif (göbələk) yaranmasına səbəb olur.

Kombinin su təzyiqinin (bar) tez-tez aşağı düşməsi.
Kombi sistemi qapalı dövrədir. Əgər suyun təzyiqi tez-tez (məsələn, hər gün və ya həftədə bir neçə dəfə) aşağı düşürsə və siz davamlı su vurmaq məcburiyyətində qalırsınızsa, bu, döşəməaltı isitmə və ya radiator borularında mütləq gizli sızma olduğunun sübutudur.

Aşağı mərtəbədəki qonşunun tavanından su damcılaması.
Ən çox rast gəlinən və təcili müdaxilə tələb edən vəziyyətdir. Sizin hamam və ya mətbəxinizdəki gözlə görünməyən sızıntı beton qatı keçərək qonşunun evinə zərər vurur. Gecikdirmək həm öz evinizin, həm də qonşunuzun təmir xərclərini ikiqat artırır.

Su sayğacının bütün kranlar bağlı olduğu halda fırlanması.
Evdə heç kim sudan istifadə etmədiyi halda sayğac fırlanmağa davam edirsə, əsas soyuq və ya isti su xəttində aktiv qəza var deməli. Bu hal həm evinizin təməlinə zərər verir, həm də hər ay boş yerə yüksək su pulu ödəməyinizə səbəb olur.

Ənənəvi ustalar problemi tapmaq üçün bütün hamamı qırır. Biz isə zədəsiz işləyirik.

Sızmanın yerini təxminlə yox, dəqiq cihazlarla 1 sm dəqiqliyi ilə tapırıq.

